2017-ci ildə milyarder Rza Zərrabın işi üzrə (İranla sanksiyanı pozaraq maliyyə əməliyyatları aparılması ittihamı ilə) ABŞ-da həbs olunan Türkiyənin "HalkBank” bankının baş direktorunun müavini Mehmet Hakan Atilla azadlığa buraxılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər veirr ki, Atilla artıq bu gün ABŞ-dan Türkiyəyə göndərilib.

Xatırladaq ki, rahib Bransonun həbsdən buraxılmasından sonra onun Mehmet Atillanın da buraxılacağı gözlənilsə də, bu, o zaman baş vermədi.