Gürcüstanın Marneuli rayonunda, Ermənistanla sərhəddə yerləşən Qaçağan kəndi ərazisində yanğın baş verib.

"Report”un yerli bürosu xəbər verir ki, ilk olaraq Ermənistan ərazisində qeydə alınan yanğın daha sonra Gürcüstana yayılıb.

Əraziyə 7 yanğınsöndürmə briqadası və 35-ə yaxın yanğınsöndürən cəlb olunub.