Rusiyanın Kurqan şəhərində uşaq mobil telefonun partlaması nəticəsində ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, partlayış uşağın telefonu şarja qoyduğu an baş verib.

Uşaq aldığı xəsarətdən dünyasını dəyişib.

Qeyd olunur ki, hadisə yataqxanada baş verib.

Digər detallar barədə məlumat verilmir.