Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Conson "Brexit”dən sonrakı dövrdə Avropa İttifaqı ölkələri ilə sərbəst ticarət rejimini bərqərar etmək istəyir. 

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə onun seçki qərargahının rəhbəri İan Dunkan Smit məlumat verib. 

Onun sözlərinə görə, B.Conson Aİ ölkələri ilə danışıqlar aparmaq üçün təklifini irəli sürməyə hazırlaşır: "Əgər təşəbbüs Aİ tərəfindən rədd edilərsə, oktyabrın 31-də Böyük Britaniya Aİ üzvlüyünü müvafiq razılaşmaya varmadan tərk edəcək".

Qeyd edək ki, B.Conson Böyük Britaniyanın baş naziri və iqtidardakı Mühafizəkarlar Partiyasının lideri kürsüsü uğrunda mübarizədə ən güclü iddiaçılardan sayılır.