"Milli iradə bu gün bir daha öz yerini tapmışdır".
Mia.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti və AKP sədri Ərdoğan İstanbulda keçirilən seçkinin nəticəsi barədə açıqlamasında deyib.
O bildirib ki, nəticənin İstanbul üçün xeyrli olmasını arzulayır: "Qeyri-rəsmi nəticəyə görə, qələbə qazanan Əkrəm İmamoğlunu təbrik edirəm".
Ərdoğan bildirib ki, AKP-nin MHP ilə yaratdığı "Cumhur" ittifaqı 2023 hədəflərinə doğru birgə addımlayacaq.