Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların altı aya qədər uzadılması ilə bağlı qərar verib.
Mia.az xəbər verir ki, sanksiyalar maliyyə, enerji və müdafiə sahələri, eləcə də ikili təyinatlı malları əhatə edir.
Qeyd edək ki, indiki sanksiyaların müddəti iyulun 31-də bitir.