Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyat zamanı öldürülən "Ali Piling" ləqəbli Şerif Yakut Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olub.
Ş.Yakutun ələ keçirilməsi üçün hökuməti 4 milyon lirə (təxminən 700 min ABŞ dolları) pul mükafatı ayırmışdı.
Bildirilir ki, o, Diyarbəkir, Batman, Bitlis, Muş, Elazığ ve Bingöl bölgələrində bir sıra terror aktlarının törədilməsi üçün təlimatlar verib.