"Vəkilliyin nüfuzunun dirçəlişi, bir müddət əvvəl vəkillə polis arasında yaranan insidentə münasibətdə müşahidə olundu".

Bunu vəkilliyə namizədlərin andiçmə mərasimi ilə bağlı tədbirdə deputat Fazil Mustafa deyib.Onun fikrincə, vəkillərin sayı o həddə artırılmalıdır ki, vətəndaşlar hüquqi yardımdan kənarda qalmasın: 

"Vəkillik o dərəcədə əlçatan olmalıdır ki, vətəndaşlar problemləri ilə bağlı onlara müraciət edə bilsinlər. Bura maddi tərəf də daxildir, ona görə də vəkillərin vergi yükünün azalması məsələyə müsbət təsir göstərə bilər".

Report