Xəbər verdiyimiz kimi, dünən gecə İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədlər - Binəli Yıldırımla Əkrəm İmamoğlu canlı yayımda debata çıxıblar.
Reyting.az xəbər verir ki, debat və orada verilən cavablar hazırda Türkiyə mətbuatının əsas mövzusu olsa da, bu ana qədər CHP-nin namizədi Əkərm İmamoğlu "duel"lə bağlı hər hansı açıqlama verməyib.
Binəli Yıldırım isə "Tviter"dəki səhifəsində debatla bağlı bir cümlə yazıb: "Əkrəm bəy çox şey danışdı, amma nə edəcəyini söyləməyi unutdu”.