Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistan Respublikasının Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş keçiriləcək.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş iyunun 20-də Vaşinqtonda baş tutacaq.