"Heç kəs Türkiyəyə ultimatum verə bilməz".
Mia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir bildirib ki, Rusiyadan alınan "S-400” raketləri Türkiyəyə gətiriləcək: "Türkiyə verdiyi qərardan heç vaxt imtina etmir. ABŞ buna görə Türkiyəyə təzyiq edir. Lakin bu yollarla Türkiyəni geri addım atmağa məcbur etmək mümkün deyil".