Mia.az xarici mətbuata istinadla bildirir ki, bununla bağlı ABŞ Müdafiə naziri əvəzi Patrik Şanahan bu gün Türkiyə Milli Müdafiə naziri Hulusi Akara məktub göndərib.
Məktubda iyunun 31-dək F-35 qırıcı təyyarələrinə görə ABŞ-da təlim keçən 42 türk pilotun geri göndərilməsindən tutmuş, 34 növbəti pilotun göndərilməsinə qadağa tətbiq olunmasına qədər məlumatların olduğu bildirilib.
Məlumata görə, məktubda F-35-lərin satışı ilə bağlı Türkiyənin əleyhinə bir sıra sanksiyalardan da söz açılıb. Lakin hələlik bunun detalları açıqlanmayıb.
Yeri gəlmişkən, bu gün rəsmi Moskva yaxın iki ayda S-400-lərin Türkiyəyə təslim edilcəyini bəyan edib.
Mia.az