Ərdoğanın lideri olduğu AKP-ninn səlahiyyətli şəxslərindən biri "Reuters"ə gözlənilməz etiraflar edib.
Mia.az "Reuters"ə istinadla xəbər verir ki, adının çəkilməsini istəməyən AKP-li yetkili sosioloji sorğularda Əkrəm İmamoğlunun Binəli Yıldırımı qabaqladığını deyib:
"Bir çox sorğu şirkətlərinə görə İmamoğlu Yıldırımdan öndədir. Biz də bir sorğu keçirdik. Açığı, İmamoğlunun Yıldırım bəydən ən azı 3 faiz çox səs toplayacağını gördük. Bəli, çətin olacaq, ancaq Binəli bəyin də şansı var".
AKP-li yetkili bu şansı prezident Ərdoğanla əlaqələndirib: "Ərdoğanın şəxsən seçki təbliğatına qoşulacağını gözləyirik. O, sahəyə endikdə, nəticənin dəyişəcəyinə ümid edirik".
AKP-li yetkili onu da etiraf edib ki, bu seçkidə əsas rolu kürd seçicilər oyanayacaq.
Xatırladaq ki, kürdlərin təmsilçisi olan HDP seçkidə İmamoğlunu dəstəkləyəcəyini rəsmən açıqlayıb.
Mia.az