Ukrayna Prezidenti Vladimir Zelenski Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığını bərpa edib.
Prezidentin saytının yaydığı məlumata görə, Zelenski bu barədə sərəncam imzalayıb.
Qeyd edək ki, 2017-ci ildə Odessa Vilayət Administrasiyasının sabiq rəhbəri Mixail Saakaşvilinin vətəndaşlığı ləğv edilib. Saakaşvilinin mayın 29-da Ukraynaya qayıdacağı gözlənilir/Azərtac.