"Türkiyə Rusiyadan S-400-ü alacaq, bu məsələ artıq bitib".
Mia.az xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar "Habertürk"ə açıqlamasında deyib.
O bildirib ki, S-400 raket sisteminin satın alınması məsələsinin həll edilib: "Hazırda Rusiyadan S-400-ləri quracaq texniki mütəxəssislərin gəlməsini gözləyirik".
Xatırladaq ki, ABŞ Türkiyənin Rusiyadan bu silahları almamasını israrla tələb edir.