Böyük Britaniyanın daxili işlər naziri Səcid Cavid baş nazir olmaq niyyətindədir. 

Mia.az "Sky News”-a istinadla xəbər verir ki, Cavid Mühafizəkarlar Partiyasının yeni lideri kimi istefa vermiş Tereza Mey əvəz etmək üçün namizədliyini irəli sürəcək. 

Xatırladaq ki, Mey iyunun 7-dək hökumət başçısı olaraq qalacaq.

Səcid Cavid pakistanlı mühacirin övladıdır.