Avropa Parlamentinə seçkilər çərçivəsində İran mənşəli Dərya Səfai Belçika deputatı seçilib.
Mia.az "Belçika Radiosu”na istinadla xəbər verir ki, 44 yaşlı Dəya Səfai Tehran Universitetinin məzunudur.
İxtisasca həkim-stomatoloq olan Səfai 1999-cu ilə etirazçı tələbə hərəkatında iştirak etdiyinə görə həbsdə olub.
Daha sonra əri Səid Bəşirtaşla birlikdə əvvəlcə Türkiyəyə, oradan da Belçikaya yollanıb.