Mia.az xəbər verir ki, bu barədə vəkil Əsabəli Musatafayev məlumat verib.
O bildirib ki, bu şikayətlərdən biri 2012-ci ildə keçmiş MTN tərəfindən tutulmuş AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidov barəsində seçilmiş həbs qətimkan tədbirinin qanunsuzluğu haqqındadır:
"Mən milli instansiyalarda Fəxrəddin Mehdiyev ilə birlikdə onun vəkili olmuşuq. Avropa Məhkəməsində də nümayəndəsiyəm. Hökümətə yönəlmiş suallardan biri Seyidovun xəstəliyinin onun həbsdə saxlanmasına imkan verib-verməməsi ilə əlaqəlidir".
Mustafayev deyib ki, digər iş yenə MTN tərəfindən 2014-ci ildə tutulmuş jurnalist Pərviz Həşımlı barədə həbs qətimkan tədbirinin qanunsuzluğu ilə bağlıdır.
Mia.az