"Danışın, ancaq yaltaq olmayın".

Mia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul bələdiyyə sədrliyinə namizəd olan Əkrəm İmamoğlunu dəstəkləyən sənətçilərin açıqlamalarına münasibət bildirərkən deyib.

O qeyd edib ki, AKP iqtidarı incəsənət sahəsində çox böyük işlər görüb: "Bir tərəfdən buna görə bizə təşəkkür, digər tərəfdən isə belə edirlər. Danışsınlar, ancaq yaltaqlı etməsinlər".

Ərdoğan sonda İmamoğluna dəstək verən sənətçilərə xəbərdarlıq edib: "Biz bütün bunları qeydə alırıq".