Almaniyanıln məşhur "Bild" qəzeti sensasiyalı iddia irəli sürüb.

Mia.az xəbər verir ki, qəzet rəsmi Ankaranın Rusiyadan S-400 raketlərinin almaqdan imtina etdiyini yazıb.

Nəşrin məlumatına görə, bunun səbəbi ABŞ-ın təzyiqləri və ölkədəki iqtisadi vəziyyət göstərilib.

Maraqlıdır ki, bu iddiaya Türkiyədə bir neçə gün reaksiya verməsələr də, dünən gecə Türkiyə Prezident Administrasiyasının rəsmisi Fəxrəddin Altun  "Twitter"də "Bild"in məqaləsinə toxunub.

O bildirib ki, qəzeti səhv məlumatlandırıblar: "Məlumatı məndən alın, S-400-ün alınamsı prosesi yekunlaşıb".