ABŞ prezidenti Donald Tramp respublikaçıların nəzarət etdiyi ABŞ Senatının Kəşfiyyat Komitəsinin Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxiləsi ilə bağlı oğlunu ifadəyə çağırmasına təəccüblənib.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, o, oğlunun ifadə verməyə razılaşıb-razılaşmadığını hələlik dəqiqləşdirmədiyini deyib: "Açığı, oğlumun görüş haqda heç bir şey bilmədiyini 20 saata yaxın hər kəs qarşısında bildirdikdən və bəraət aldıqdan sonra yenidən ifadə verməyə çağırılması məni çox təəccübləndirdi”.