Biləsuvar rayonunda qətl hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Səmədabad kəndində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Məmmədov Elton Novruz oğlu 2 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Hadisənin baş verməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.