Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, lakin günün ikinci yarısında bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 3-6° isti olacağı gözlənilir. Bakıda gecə 0-2° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Lakin gündüz saatlarında Böyük Qafqazın bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 2-6° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Fevralın 03-04-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və oksigenlə zəngin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.