"Avropa İttifaqının Türkiyəyə ehtiyacı Türkiyənin Aİ-yə ehtiyacından daha çoxdur”.
Mia.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bugün keçirilən toplantıda deyib.
O bildirib ki, Avropa İttifaqına üzv ölkələr terrorla mübarizədə Türkiyənin yanında olmayıblar: "Hətta terror təşkilatlarına qarşı mübarizəmizə göz yumdular. Biz Aİ standartlarına uyğunlaşma addımlarını vətəndaşlarımızın rifahı naminə atırıq. Viza rejiminin ləğvi ilə bağlı Aİ-nin 72 tələbindən 66-nı təmin etmişik. Qısa zamanda digər 6 tələb də öz həllini tapacaq. Bundan sonra Aİ-nin vizanın ləğvi məsələsində nə qədər səmimi olduğunu görəcəyik”.