İstanbulda seçki gərginliyi davam edir.

Mia.az xəbər verir ki, partiyalar bir-birinin ardınca seçkidə Binəli Yıldırımı, yoxsa Əkrəm İmamoğlunu dəstəkləyəcəyi barədə mövqelərini açıqlayırlar.

Bu gün isə kürdlərin partiyası sayılan HDP İstanbulda təkrar bələdiyyə seçkilərində CHP-nin namizədi Əkrəm İmamoğlunu dəstəkləyəcəklərini açıqlayıb.

HDP-dən yayılan yazılı açıqlama qeyd edilib ki, seçicilərini Əkrəm İmamoğluna səs verməyə çağıracaqlar.