Mia.az xəbər verir ki, o, "Twitter" hesabında yazıb ki, "FETÖ"cü futbolçuların çoxu "Qalatasaraylı"dır: "Zamanında Hakan Şükürü qoruyan bu klub üzvləri bu gün İmamoğluna tərif deyir. "Qalatasaray"ın liseyli və elit tayfası Türkiyənin siyasi gələcəyinə qərar verə bilməz. "Qalatasaray"ın stadionunu Ərdoğan tikdirdi. Öncə ona təşəkkür etmək lazımdır".
Kuzu yazıb ki, etirazı klubun tərəfdarlarına deyil: ""Qalatasaray" ölkəmizin ən gözəl komandalarından biridir, ancaq klubun İdarə Heyətində belə siyasi müzakirə aparılması, eyni zamanda, Ərdoğana düşmənçilik qəbul edilə bilməz".