Türkiyə Mərkəzi Seçki Komissiyası (YSK) martın 31-də İstanbulda keçiirlmiş bələdiyə seçkisinin nəticələrini ləğv edib.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla da CHP-li Əkrəm İmamoğlunun Böyükşəhər Bələdiyyəsi sədri postundakı legetimliyinə xitam verilib.
Məlumata görə, İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrar seçkilər iyunun 23-də keçiriləcək.
Xatırladaq ki, YSK hakim iqtidar partiyası AKP-nin etirazı səbəbindən belə qərar qəbul edib.
Onu da qeyd edək ki, martın 31-də keçirilən seçkidə CHP-li Əkrəm İmamoğlu AKP-li Binəli Yıldırıma 12 min səs fərqi ilə qalib gəlmişdi.
Mia.az