Ruisyada sərnişin təyyarəsində yanğın çxıb.
Belə ki, Moskva-Murmansk sərnişin təyyarəsi göyərtəsində yanğın baş verdiyinə görə təcili Şeremetyovo hava limanına qayıdıb.
Mia.az TASS-a istinadən bildirir ki, fövqəladə xidmət nümayəndəsinin sözlərinə görə, 13 nəfər ölüb.
Məlumatda qeyd eidlir ki, təyyarədə olan 78 nəfərdən 65-nin həyatını isə xilas etmək mümkün olub.
Məlumata görə, yanğına səbəb eletrik avadanlığındakı nasazlıq olub.