Qəzza zolağında İsrail ordusu ilə toqquşmalar nəticəsində 3 fələstinli ölüb, daha 50-si yaralanıb.

Bu barədə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidruya istinadən RİA "Novosti" məlumat yayıb.

Onun sözlərinə görə, zərərçəkmişlər İsrail əsgərləri ilə anklavın şərq sərhədlərində baş verən qarşıdurmalar zamanı yaralanıblar/Report.