ABŞ-ın müdafiə naziri əvəzi Patrik Şanahan Türkiyəyə sərt xəbərdarlıq edib.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, o, ABŞ Nümayəndələr Palatasında Türkiyənin Rusiyadan aldığı və bu ilin iyul ayında göndəriləcəyi planlanan S-400 raketlərinə toxunub.

Müdafiə  naziri əvəzi deyib ki, Rusiyadan S-400 raketlərini alacağı halda, Türkiyə ABŞ-ın ietehsalı olan F-35 xəyalət qırıcılarına "əl sürə" bilməyəcək.

Nümayəndələr Palatasının üzvü Mario Diaz-Balart "Bu mesajı Ankaraya yetərincə dəqiq şəkildə verdinizmi" sualına, Şanahan müsbət cavab verib.

Bundan sonra Diaz-Balart "İstər birini, istərsə bir neçə S-400 alsınlar. Belə olarsa, F-35-lərlə sahib ola bilməzlər", - deyib. Şanahan isə cavabında bildirib ki, bu məsələdə "Bu məsələ bizim başımızda hansısa fərqli fikir yoxdur".

Xatırlada qki, bir neçə gün əvvəl Ərdoğan F-35-lərlə bağlı yaranan mübahisəytə çox sərt reaksiya verərək "Əgər biz bu prosesdə olmazsaq, həmin layihə iflasa uğrayacaq, çökəcək" demişdi.

Mia.az