Rusiya istehsallı S-400 zenit-raket kompleksləri NATO sistemlərini düşmən kimi tanımayacaq".
Mia.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, Rusiyadan S-400 raketlərinin alınması məsələsi bitib: "Bu barədə hər hansı bir anlaşılmazlıqdan söhbət gedə bilməz".
Bu arada isə S-400-lərin alınmasına görə ABŞ-ın F-35 qırıcılarının satışını dayandıracağına isə Milli müdafiə naziri Hulusi Akar cavab verib.
O deyib ki, gündəmdə belə bir məsələ olsa da, ortada real dəqiq qərar yoxdur: "Hələki ABŞ-da 4 pilotumuz təlim keçir, yaxın günlərdə 2 pilot da göndəriləcək. Bizə F-35-lərlə bağlı əmin heç nə deyiməyib. Proses gedir".
Akar deyib ki, F-35-lərlə bağlı problem yaranarsa, digər variantları nəzərdən keçiriləcək: "Bizim qısa, orta və uzun müddətli B planlarımız da var".
Türkiyə mətbuatı yazır ki, S-400-lər ölkənin cənub və qərbində quraşdırılacaq.
İlkin məlumata əsasən, bu komplekslər Türkiyənin qərbində, Egey dənizi sahilləri boyunca yerləşən vilayətlərdə, həmçinin Suriya ilə sərhəddə, Hatay vilayətində quraşdırılacaq.
Mia.az