Bu barədə Trend-ə YAP-dan məlumat verilib.
Qeyd olunur ki, T.Qarayevin YAP-a heç bir aidiyyətı yoxdur. Bu cür yalan məlumat məqsədli şəkildə yayılır və bu yolla partiyanın nüfuzuna xələl gətirməyə çalışırlar.
Qeyd edək ki, T.Qarayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və onun əməllərinə hüquqi qiyməti məhkəmə verəcək.