Türkiyə prezidenti Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticəsi ilə razı deyil.
Mia.az xəbər verir ki, o, istanbuldakı seçki ilə bağlı lideri olduğu partiyanın sonadək mübarizə aparacağını bildirib: "Bundan heç kəs narahat olmasın. Axı haqq uğrunda mübarizə niyə narahatlıq yaratsın ki?".
Ərdoğan deyib ki, YSK )MSK) İstanbul DSK-nın qərarını qəbul edənə qədər təkrar seçki tələblərini davam etdirəcəklər. .
Xatırladaq ki, dünən İstanbul DSK-sı Əkərəm İmamoğlunun İstanbul bələdiyyəsinin sədir seçilməsini təsdiq edərək, ona vəsiqəsini təqdim edib. Lakin hələ də YSK seçkinin yekun nəticələrini təsdqiləməyib.
MİA.AZ