Sudanın devrilən prezidenti Ömər əl-Bəşirin qardaşları Abdullah və Abbas da həbs ediliblər.
Mia.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə hərbi keçid şurasının mətbuat katibi Zeynalabdin əl-Kəbbaşi İbrahim mətbuat konfransında məlumat verib.
Bildirib ki, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar.
İbrahim, həmçinin deyib ki, Şura tezliklə idarəçiliyi xalqa təhvil verəcək.