Hacıbala Abutalıbovdan sonra  Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilən Eldar Əzizovun əmri ilə vəzifəsindən azad olunan meriyanın aparat rəhbəri Rasim Quliyevə YAP-da vəzifə verilib.

Mia.az xəbər verir ki, bu barədə Rasim Quliyevin qardaşı, "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev açıqlama verib.

O, Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, xüsusilə də YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədova qardaşı Rasim Quliyevi yenidən katiblikdə işə dəvət etdiyinə görə dərin minnətdarlığımı bildirərək, qeyd edib ki, Rasim Quliyev 1988-93 -cü illərdə tələbə hərəkatının liderlərindən olub: "Siyasi mövqeyinə görə, dəfələrlə siyasi məhbus həyatı yaşayıb. Müxtəlif dövrlərdə jurnalistika və siyasətlə məşğul olub və 2001- ci ildən 2018-ci ilin dekabrına qədər Bakı şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. 

Qardaşım 3 aylıq işsizlikdən sonra yenidən YAP-ın Mərkəzi Aparatında fəaliyyətə başladı. Mən qardaşımla fəxr edirəm. Çünki o, fərqli bir insandır: saf, təmiz, gözütox, əxlaqlı, imanlı, savadlı və s...".