Hərbi çevriliş nəticəsində Sudan Prezidenti Ömər əl-Bəşir hakimiyyətdən devrilib. 

Məlumatı "Al-Arabiya” televiziyası yayıb.

Ömər əl-Bəşir ev dustaqlığında saxlanılır, onun mühafizəçisi həbs olunub.

Bundan sonra isə Pezident istefa verməsi barədə bəyanat yayıb.

"Al-Hadath” telekanalının məlumatına görə, minlərlə insan küçələrə çıxaraq, Ömər əl-Bəşir rejiminin sona çatmasını bayram edir/Report.