Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mətbuata qapalı baş tutan görüş 30 dəqiqə çəkib.
Görüşdə hazırda Türkiyənin siyasi gündəmində ən aktual məsələ olan İstanbuldakı bələdiyyə seçkilərinin olduğu bildirilir.
Xatırladaq ki, İstanbul bələdiyyəsinə keçirilən seçkilərdə CHP-li Əkrəm İmamoğlu AKP-li Binəli Yıldırıma 14 min civarında səs fərqi ilə qalib gəlib. Dünənsə Baxçalı və AKP rəsmiləri İstanbulda saxtakarlıq olduğunu qabardaraq, təkrar seçkinin keçirilməsi barədə anons veriblər.
Onu da qeyd edək ki, YSK (MSK) seçkinin nəticələrini ən uzağı ayın 13-dək elan etməlidir.
Mia.az