ABŞ-ın İran İnqilab Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımasına rəsmi Tehrandan sərt reaksiya gəlib.

Mia.az xəbər verir k,  İran Xarici İşlər Nazirliyi  bununla bağlı ABŞ-a rəsmən nota verib.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü Əli Nəcəfi Hoşrudi isə bildirib ki, bu qərardan dərhal sonra XİN başçısı Cavad Zərifin rəhbərliyi ilə toplantı keçirilib: "Elə həmin toplantıda Zərif qeyd edib ki, ABŞ-ın bu qərarı  təhlükəlidir, cavabsız qalmayacaq və gərəkli addımlar atılacaq".

Bu arada isə ABŞ Dövlət katibi Mayk Pompeo deyib ki, bir həftə içində İran İnqilab Keşikçiləri Korpusuna qarşı yeni sanksiyaların tətbiqinə başlanılacaq.