İstanbulun 17 rayonunda bələdiyyə seçkilərinin nəticələrinin təkrar sayılması başa çatıb.

Mia.az xəbər verir ki, bu barədə CHP-li Əkrəm İmamoğlu FOX TV-də danışıb.

Bildirib ki, AKP-nin etirazı ilə 17 rayonda etibarsız hesab edilmiş 119 min 652 bülleten təkrar sayılıb: "Nəticədə AKP-yə 2184, CHP-yə isə 785 səs əlavə edildi. Hazırda rəqibimlə aramızdakı səs fərqi 18 min 742-dir".

İmamoğlu səslərin təkrar sayılmasının bir həftə ərzində bitəcəyini deyib:  "Əminəm ki, aramızdakı fərq sonda 18-20 min arasında olacaq".

Seçkinin qazandığını bir daha bəyan edən CHP-li namizəd deyib ki, hır şey ortadadır: "Haraya gedirik? AKP nə istəyir? Bütün ölkəboyu səsləri mən uduzana qədər saymaqmı? Onlar o qədər təkrar-təkrar saymaqla bülletlərdəki möhürün silinməsinə, bununla da mənim m səsimin düşməsinə nail olmaq istəyirlər? Yoxsa qazanana qədər seçkimi? Mən heç nədən qorxmuram, hər şeyə hazıram!".

MİA.AZ