İstanbulun 7 rayonunda səslər yenidən sayılacaq.
Mia.az xəbər verir ki, CHP-nin etirazı üzrə rayon seçki komissiyasının qərarları ləğv edilib.
Türkiyə Yüksək Seçki Komissiyası (YSK) tərəfindən qəbul edilən qərara görə, İstanbulun 39 rayonundan 7-də verilmiş səslərlər təkrar sayılacaq.
Mia.az bildirir ki, dünən gecədən başlayaraq səslər yenidən sayılır. Kadıköydə səslər yenidən sayılarkən isə Əkrəm İmamoğlunun 454 artıq səs topladığı aydın olub...
Xatırladaq ki, bundan əvvəl hakim partiyanın İstanbul bölməsinin rəhbəri Bayram Şenocak İstanbulda seçkilərin nəticələrinin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlunun xeyrinə saxtalaşdırılması ilə bağlı dəlillərə malik olduğunu bəyan edib.
Ə.İmamoğlu seçkilərdə 4 milyon 159 min, AKP-nin namizədi Binəli Yıldırım isə 4 milyon 131 min səs qazanıb.
Mia.az