İstanbul Böyükşəhər bələdiyyə sədri seçkilərində məğlubiyyətini etiraf edən Binəli Yıldırımla yanaşı, qələbə qazandığı artıq aşkar olan CHP-li Əkrəm İmamoğlu da bəyanat verib.

Mia.az xəbər verir ki, İmamoğlu səslərin 99,95 faizinin sayıldığını deyib: "Mənə 4 milyon 168 min 546, rəqibə (Binəli Yıldırım) isə 4 milyon 142 min 791 səs verilib. Aradakı səs fərqi 25 755-dir".

İmamoğlu qeyd edib ki, Binəli bəyi dürüst və mədəni insan kimi tanıyır: "Onun mənə təbrik zəngi edəcəyini düşünürəm”.