Ukrayna prezidenti Pyotr Poroşenko səsvermə hüququndan istifadə edib.

Kiyevdəki Zabitlər evində səs verən P. Poroşenko prosesdən sonra jurnalistlərə açıqlama verib:

"Mən öz ailə üzvlərim və bir çox ukraynalı kimi ölkəmiz naminə səs verdim. Bu, Ukraynanın Avropa xalqları ailəsinə inteqrasiyası NATO-ya üzvlük və önəmli islahatlar yolunda son dərəcə vacib addımdır" - prezident P. Poroşenko belə deyib.

Onun sözlərinə görə, seçkilər yaxşı təşkil olunub və xalqın öz iradəsini ifadə etməsinə heç bir əngəl yoxdur/Report.