Bu gün Topaz Premyer Liqada sonuncu dövrəyə start verilib.
Qol.az-ın məlumatına görə, 22-ci turun 2 oyundan 1-i başa çatıb, digəri başlayıb. Açılış matçında "Zirə" "Səbail"i qəbul edib və qonaq komanda son dəqiqə qolu ilə qalib gəlib - 2:1.
"Səbail"in yeni transferi Maykl Essyen bu görüşü ehtiyat oyunçular skamyasından izləyib.
Digər görüşdə isə lider "Neftçi" "Keşlə"nin qonağı olub və 1:0 hesabı ilə qalib. Bu qələbə ilə xalını 48-ə yüksəldən Roberto Bordinin komandası liderliyi qoruyub.
Qeyd edək ki, 31 mart soyqırımı gününə görə turun digər iki oyunu sabah yox, aprelin 1-də (bazar ertəsi) keçiriləcək.