İstanbulun "Qalatasaray” futbol klubunun seneqallı hücumçusu Mbaye Diaqne zədələnib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 27 yaşlı hücumçu Seneqal və Mali milliləri arasında baş tutan görüşün 59-cu dəqiqəsində çiyinindən zədələnərək stadionu xərəkdə tərk edib. Mbaye Diaqne zədə səbəbindən xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, "Qalatasaray”ın digər hücumçusu Konstantinos Mitroqluda Yunanıstan millisinin Lixtenşteynlə görüşünün 23-cü dəqiqəsində zədələnib.