Gürcüstanda Vahid Milli Hərəkat Partiyasının qurultayı keçirilib.

Qurultayda Qriqol Vaşadze səs çoxluğu ilə partiyanın yeni sədri seçilib. Q.Vaşadzenin namizədliyinin lehinə 364 nümayəndə, əleyhinə 1 nəfər səs verib. O, sədrliyə yeganə namizəd olub.

Qriqol Vaşadze sonuncu seçkilərdə prezidentliyə namizəd olub. O, 2008-2012-ci illərdə Gürcüstanın xarici işlər naziri postunu tutub.

Qeyd edək ki, Vahid Milli Hərəkat Partiyasına bundan əvvəl sabiq prezident Mixail Saakaşvili rəhbərlik edib. M.Saakaşvili bugünkü qurultaya videobağlantı ilə qatılıb.