"Dünən Əli İnsanovla görüşmüşdüm. O, əfv olunacağını bilmirdi”.

Bunu virtualaz.org-a Ə.İnsanovun vəkili Ağaveys Şahverdi deyib. 

Onun sözlərinə görə, Əli İnsanov artıq tezliklə azadlığa çıxacağını bilir. 

Lakin vəkil keçmiş nazirin dəqiq nə vaxt azad ediləcəyini bilmir: "Əfv fərmanı dərc edildikdən sonra mən islah müəssisəsinə getdim. Mənə bildirdilər ki, İnsanovun Prezidentin fərmanından xəbəri var”.