Azərbaycanda seçicilərin sayı açıqlanıb
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov bu haqda dnışıb. M.Pənahov bildirib ki, hazırda Azərbaycanda 5 milyon 209 min 420 seçici var.
MSK sədrinin sözlərinə görə, seçicilərin 50,83 %-ni qadınlar, 49,17 %-ni isə kişilər təşkil edir.
May ayının sonuna qədər seçici siyahılarının dəqiqləşdirmə prosesinin yekunlaşdırılması nəzərdə tutulur