"Dağlıq Qarabağ münaqişəsinin tərəfləri danışıqlar formatını dəyişdirməyə qərar verərsə, Rusiya tərəflərin fikirlərinə hörmət edəcək".
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
"Rusiya Federasiyası ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi dəfələrlə danışıqların formatı barədə fikrini bildirib. Bunun dəyişdirilməsi yalnız tərəflərin razılığı əsasında ola bilər", - o, deyib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri də belə mövqe tutur və bunu onların son bəyanatında da görmək olar/Report.