İndoneziyada 5,5 bal gücündə zəlzələ baş verib.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, təbii hadisə Sumatra adasının şimalındakı Açe əyalətində qeydə alınıb. İndoneziya Meteorologiya, İqlim və Geofizika İdarəsinin məlumatına görə yeraltı təkanlar 19 kilometr dərinlikdə baş verib. Sunami xəbərdarlığı elan edilməyib. 

Zəlzələnin fəsadları barədə hələ ki, məlumat yoxdur.