ABŞ-ın yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasından çıxması operativ vəziyyəti yaxşı tərəfə dəyişmir.
Bunu Federal Təhlükəsizlik Xidmətinin kollegiyasında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin deyib.
O, Rusiya sərhədlərində NATO-nun hərbi infrastrukturunu genişləndirməyə davam etdirdiyini bildirib.
Putin həmçinin ABŞ-ın yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasından çıxmasının beynəlxalq təhlükəsizlik sferasındakı bütün razılaşmalar sisteminin zəiflədilməsinə yönələn addım olduğunu deyib/Report.